2014-cü ilin I yarısında Azərbaycanda ÜDM 2,1% artıb. Bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
Dövlət başçısı bildirib ki, 2014-cü ilin I yarısında qeyri-neft sektorunda ÜDM 7% artıb.
Bununla yanaşı, o söyləyib ki, hesabat dövründə kənd təsərrüfatı məhsullarının istehsalı 6%, əhalinin pul gəlirləri 4,7% artıb, inflyasiya 1,6% təşkil edib.
Dövlət başçısı əlavə edib ki, cari ilin I yarısında respublikada 65 min, ümumilikdə 2003-cü ildən bəri 1,3 mln. yeni iş yeri yaradılıb.
Prezident qeyd edib ki, hesabat dövründə neft-qaz sektorunda, sənayenin inkişafı və modernləşdirilməsi sahələrində layihələr uğurla həyata keçirilib.
İ.Əliyevin sözlərinə görə, cari ilin birinci yarısının yekunları üzrə orta aylıq nominal əmək haqqı 440 manat təşkil edib.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda ÜDM 5,8% artıb.
2014-cü ildə ÜDM artımı 5,2% səviyyəsində proqnozlaşdırılır.
A.Əzizov