Goranboy rayonunda 2,335 min nəfər şagird mərkəzləşdirilmiş buraxılış imtahanında iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Məzunların ümumi sayından 1,339 min nəfər IX, 996 nəfər XI sinif şagirdidir.
Goranboy Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, 227 nəfər təkrar və eksternat qaydada imtahan verən əvvəlki illərin məzunları, 217 nəfər isə cari ilin XI sinif məzunlarıdır.
İmtahanların bütün iştirakçılarına attestat verilib.
F.Mehdiyev