Müdafiə Nazirliyi bildirir ki, erməni hərbçilərin girov götürdüyü şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti cümə günü məlumat verib.
“Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir”, - deyə nazirliyin məlumatında deyilir.
Xatırladaq ki, Ermənistan mətbuatı qoşunların təmas xətti yaxınlığında Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Ermənistanın informasiya resurslarında iddia edilir ki, girov götürülmüş 1968-ci il təvəllüdlü Şahbaz Quliyev Azərbaycanın işğal altında olan ərazisinə keçən kəşfiyyat-diversiya qrupunun üzvüdür.
F.İsazadə