Ötən 6 ay ərzində 17 mindən çox şəxs ilk dəfə əlil statusu alıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.
“Ötən 6 ay ərzində tibbi-sosial ekspert komissiyalarına ilkin əlillik üçün 21 min 720 nəfər müraciət edib və bu şəxslərdən 17160 nəfəri (79%) əlil hesab edilib”,- deyə nazir prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 13 min 488 nəfər ağır dərəcəli əlil olub.
“Təkrar müayinə edilmiş 107 min nəfərdən 4 min nəfəri (3,7%) reabilitasiya olunub. Bu da əvvəlki ilin nəticəsindən 2 dəfə yuxarıdır”,- deyə o qeyd edib.
Hesabat dövründə tibbi göstərişi olan əlillərə 412 əlil arabası verilib.
Respublikada əlillərin bərpası ilə məşğul olan 14 mərkəzdə 3,608 min nəfər əlil müalicə kursu keçib.