Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Maykl Fallon enerji sektorunda mövcud uğurlu əməkdaşlığın əhəmiyyətini qeyd edirlər. Bu barədə cümə günü XİN-in mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, tərəflər Azərbaycanın iqtisadiyyatının sürətli inkişafını və şaxələndirilməsi meyllərini nəzərə alaraq, qeyri-enerji sektoru üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.
F.İsazadə