“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-London-Bakı marşrutu ilə uçuşların qiymətlərini aşağı salıb. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
“Bakı-London-Bakı reysinə biletlərin qiyməti məzənnə və rüsum daxil olmaqla, 488 avrodan başlayır”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, “AZAL” xüsusi yay aksiyası çərçivəsində aşağıdakı marşrutlarla uçuşların qiymətlərinin aşağı salındığını elan edib: London (və geriyə) - 459 avro, Pekin (və geriyə) - 409 avro, Təbriz və Tehran (və geriyə) - 179 avro, Rostov-na-Donu (və geriyə) - 219 avro, Perm (və geriyə) - 309 avro, Nijniy-Novqorod (və geriyə) - 319 avro, Kazan (və geriyə) - 249 avro.
Bu aksiya iyulun 15-dən 31-dək olan dövrdə alınan və uçuş tarixləri 15 iyul - 14 avqust tarixləri arasında olan biletlərə şamil edilir. Yuxarıda qeyd olunan Rusiya şəhərləri üçün aksiya yalnız Rusiya Federasiyasından başlayan uçuşlar üçün nəzərdə tutulub.
N.Abbasova