2014-cü ilin I yarısında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsi 1,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 15,8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Hesabat dövründə elektron ticarət dövriyyəsinin 90,6%-ni qeyri-ərzaq malları təşkil edib.
Statistik məlumatlara əsasən, cari ilin birinci yarısında əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarını əsasən hüquqi şəxslərin ticarət şəbəkələrindən alıb.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsi 2,6 mln. manat təşkil edib.
N.Abbasova