2014-cü ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 17,8 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,7% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) saytında məlumat verilir.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən nominal gəlirlər 3,3% artıb.
Yanvar-iyun aylarında gəlirlərin 70,2%-i son istehlaka, 9,2%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18%-i isə əmanətlərə və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlir 16,1 mlrd. manat təşkil edib ki, bu da 2013-cü ilin yanvar-iyun aylarına olan göstəricidən 5% çoxdur.
A.Axundov