Prezident İlham Əliyev İtaliyada rəsmi səfərdədir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bazar günü axşam Romaya gələn İ.Əliyev burada məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Dövlət başçısı səfər çərçivəsində İtaliyanın dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafının geniş spektrinə dair məsələlər müzakirə olunacaq.
R.Babayev