2014-cü ilin I yarısında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 824,6 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, cari ilin iyun ayında 201,9 min kvadratmetr mənzil istismara verilib.
2014-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 2,640 min yerlik orta ümumtəhsil məktəbləri də istifadəyə verilib.
Bundan başqa, hesabat dövründə 672 yerlik məktəbəqədər təhsil müəssisələri və 200 yerlik xəstəxanalar istifadəyə verilib.
Xəbər verildiyi kimi, ötən il Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 2 mln. 138,8 min kvadratmetr təşkil edib.
A.Əzizov