İtaliyada rəsmi səfərdə olan prezident İlham Əliyev bazar ertəsi Romadakı “Altare dell Patria” memorial kompleksində naməlum əsgər abidəsinin önünə əklil qoyub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Səfər çərçivəsində İ.Əliyev İtaliyanın dövlət və hökumət başçıları ilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafına dair məsələlər müzakirə olunacaq.
R.Babayev