2014-cü ilin I yarısında Azərbaycanda neft hasilatı 21,2 mln. ton təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, 2013-cü ilin I yarısında Azərbaycanda neft hasilatı 21,8 mln. ton təşkil edib. Beləliklə, 2014-cü ilin I yarısında respublikada neft hasilatı 2,8% azalıb.
2014-cü ilin I yarısında Azərbaycanda əmtəəlik qaz hasilatı 9,1 mlrd. kubmetr (2013-cü ilin I yarısı ilə müqayisədə artım 2,2% - İF-Az) təşkil edib.
Xəbər verildiyi kimi, 2013-cü ildə neft hasilatı 43,5 mln. ton, əmtəəlik qaz hasilatı 17,9 mlrd. kubmetr təşkil edib.
SOCAR-ın proqnozlarına əsasən, 2014-cü ildə Azərbaycanda ümumi neft hasilatı 41,2 mln. ton, qaz hasilatı (əmtəəlik qaz daxil olmaqla) 28,8 mlrd. kubmetr səviyyəsində olacaq.
N.Abbasova