Çexiyanın Karlovı Varı şəhərində Azərbaycan kinematoqrafçılarının “Axınla aşağı” bədii filminin dünya premyerası olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə filmin çəkilişlərinin aparıldığı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
Festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayxan Salar, prodüseri Müşfiq Hətəmov və yazıçı-publisist İradə Tuncay iştirak ediblər.
Filmin quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyevdir. Film Mədəniyyət və Turizm Nazirlyinin sifarişi ilə çəkilib.
Baş rolları Namiq Ağayev və Mehriban Zəki ifa ediblər.
Film tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb və gurultulu alqışlarla müşayiət olunub.
A.Zeydullayeva