Ötən həftə Azərbaycan polisi axtarışda olan 42 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (7-13 iyul) baş vermiş bədbəxt hadisələr nəticəsində 27 nəfər həlak olub, 21 nəfər yaralanıb və zəhərlənib, həmçinin 3 intihar hadisəsi qeydə alınıb.
Bununla yanaşı, 7 nəfər qətldə, 6 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 38 nəfər oğurluqda, 6 nəfər qarətdə, 3 nəfər avtomobil qaçırmaqda, 1 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 3 fakt qeydə alınıb.
C.Həmidov