Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrin xarici işlər nazirləri israillilərlə Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs rejiminin tətbiqinə dair Misirin planını dəstəklədiklərini bildiriblər. Bu barədə EFE agentliyi məlumat verir.
ƏDL “çoxlu sayda günahsız insanın ölümünün qarşısını almaq üçün” hər iki tərəfi planı qəbul etməyə çağırıb.
Çərşənbə axşamı İsrailin hakim dairələri Qəzza zolağında atəşkəs rejiminin tətbiq edilməsinə razılıq veriblər. Dünən yerli vaxtla səhər saat 9:00-da (Moskva vaxtı ilə saat 10:00) atəşkəs rejimi qüvvəyə minib.
Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatından “Associated Press” agentliyinə bildirilib ki, onlar hələ ki, atəşkəs rejiminin tətbiq edilməsinə razılıq vermək niyyətində deyillər.