Gənc bəstəkar Ayaz Qəmbərli Fransada IX "Franz Schubert and Modern Music" Beynəlxalq Müsabiqəsinin qalibi olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Müsabiqə iştirakçılarının əsərlərini beş nəfərdən ibarət münsiflər heyəti qiymətləndirib. 51 ölkədən 185 əsərə baxış keçirilib.
Mükafatın təqdimetmə mərasimi fevral ayında keçiriləcək.
A.Zeydullayeva