Tiflisdə Azərbaycan dövlət nömrə nişanlı avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan vətəndaşları olan ata və oğul həlak olub. Bu barədə çərşənbə axşamı Tiflis şəhər Fövqəladə Hallar Xidmətindən məlumat verilib.
“Azərbaycan dövlət nömrə nişanlı “BMW” markalı avtomobildə bir qadın da olub. O, ağır vəziyyətdə şəhər xəstəxanasına çatdırılıb”, - deyə məlumatda bildirilir.
“BMW” markalı avtomobil yük maşınına çırpılıb, lakin toqquşmada kimin günahkar olması hələlik məlum deyil.
Hadisə yerinə patrul polisi nümayəndələri və kriminalistlər gəlib.