Müdafiə naziri Filipp Hammond Böyük Britaniya Xarici İşlər Nazirliyinə başçılıq edəcək. Bu barədə çərşənbə axşamı Böyük Britaniyanın keçmiş xarici işlər naziri Uilyam Heyq məlumat verib.
“F.Hammond yeni xarici işlər naziridir”, - deyə o, “Twitter”dəki mikrobloqunda yazıb.
Daha əvvəl U.Heyq məlumat verib ki, tutduğu postu tərk edir, baxmayaraq ki, hələlik İcmalar Palatasının lideri kimi hökumətdə qalır.