2014-cü ilin I yarısında Azərbaycanda neft emalı zavodları (NEZ) istehsalın həcmini ötən ilin analoji dövrü ilə müqayisədə 12,4% - 1 mln. 225 mln. 302,3 min manata qədər azaldıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə avtomobil benzini istehsalı 18,7% - 570,3 min tona qədər, kerosin istehsalı 11,3% - 317,8 min tona qədər, dizel yanacağı istehsalı 12,9% - 1 mln. 102,1 min tona qədər, sürtkü yağlarının istehsalı 6,2% - 21,1 min tona qədər, neft bitumu istehsalı 20,3% - 123,1 min tona qədər azalıb.
2014-cü ilin birinci yarısında yalnız birbaşa qovulan benzin istehsalında 2,5% - 77,3 min tona qədər artım olub.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) strukturuna daxildir.
N.Abbasova