2014-cü ilin I yarısında Azərbaycan əhalisi ticarət obyektlərindən 10 mlrd. 84,2 mln. manat məbləğində istehlak malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 8,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 5 mlrd. 122,3 mln. manatlıq ərzaq (2013-cü ilin birinci yarısı ilə müqayisədə artım 2,8%), 4 mlrd. 961,9 mln. manatlıq qeyri-ərzaq malları (artım 15,5%) əldə edib.
2014-cü ilin I yarısında əhaliyə 2 mlrd. 982,5 mln. manat məbləğində pullu xidmət göstərilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,9% çoxdur. Bununla yanaşı, bütün xidmətlərin 74,9%-i və ya 2 mlrd. 235,6 mln. manat məbləğində xidmət hüquqi şəxslər tərəfindən göstərilib (artım 5,6%).
N.Abbasova