Son günlər Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən ümumi çəkisi 16 tondan yuxarı olan 13 min ədədə yaxın çətənə kolu aşkarlanıb. Bu barədə DSX-nin mətbuat xidməti məlumat verir.
İyulun 11-də Zaqatala rayonunun Ağdamkələl kəndi istiqamətində Dindi dağı yaxınlığında ümumi çəkisi 10 ton 680 kq olan 8900 ədəd narkotik xassəli çətənə kolu aşkar olunub.
Daha əvvəl isə Zaqatala rayonunun Muğanlı kəndinin “Qaraçay” çayı yaxınlığında ümumi çəkisi 5,95 ton olan 3966 ədəd çətənə kolu aşkarlanıb.
Zaqatala rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəliyinin, Daxili İşlər Nazirliyinin Zaqatala Rayon Polis Şöbəsinin və DSX əməkdaşlarının iştirakı ilə aşkar edilmiş narkotik xassəli çətənə kolları yandırma üsulu ilə məhv edilib.
R.Babayev