SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
2615 nömrəli quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə 418a nömrəli stasionar dəniz özülündən qazılıb.
Quyu Qala-3 Lay Dəstəsinə qazılıb. Quyunun sutkalıq debiti 12 ton neft təşkil edir.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton təşkil edir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.
N.Abbasova