Dekabrın 10-15-də Azərbaycanda Sığorta Agentlərinin III Milli Forumu keçiriləcək. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov məlumat verib.
“Forum xarici ekspertlərin iştirakı ilə keçiriləcək. Onlar, həmçinin agentlər üçün seminar və təlimlər keçirəcəklər”, - deyə O.Bayramov bəyan edib.
Onun sözlərinə görə, sığorta agentlərinin Tədris Mərkəzinin yaradılmasına hazırlıq işləri aparılır.
ASA və ARPA (Azərbaycan Risk Peşəkarları
Assosiasiyası) Maliyyə Nazirliyinin dəstəyi ilə lisenziyalı dərsliklərin tərcüməsi ilə məşğuldur. Həmin dərsliklərin əsasında müvafiq olaraq sertifikatların veriləcəyi proqram hazırlanır. Bundan başqa, yerli dərs materiallarının hazırlanması üzərində iş gedir”, - deyə O.Bayramov qeyd edib.
O bildirib ki, Mərkəz oktyabrda yaradıla və noyabrda fəal işə başlaya bilər.
ASA 2006-cı ilin dekabr ayında yaradılıb. Onun yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təmin edilməsi, sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.
A.Axundov