ABŞ-ın Hyuston şəhərində Azərbaycan Mərkəzi, “Raindrop” Türkiyə Mədəniyyət Mərkəzi, Pakistan Ticarət Palatası və Bakı, Əbu-Dabi, İstanbul, Kəraçi və Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının birgə təşkilatçılığı ilə ənənəvi iftar süfrəsi açılıb. Bu barədə rəsmi KİV-lər məlumat verib.
Azərbaycan Mərkəzi, “Raindrop” Türkiyə Mədəniyyət Mərkəzi, Pakistan Ticarət Palatası və Bakı, Əbu-Dabi, İstanbul, Kəraçi və Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası ilə birgə növbəti ənənəvi iftar süfrəsi təşkil edib.
İftar süfrəsində müxtəlif dini icmaları təmsil edən 2 minə yaxın insan iştirak edib. Bundan başqa, tədbirə Hyuston ştatının rəsmiləri, müxtəlif təşkilatların rəhbərləri və diplomatik korpusun nümayəndələri də qatılıb.
F.İsazadə