Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin I yarısında 167 cinayət xarakterli gömrük qanun pozuntusu faktı aşkarlayıb. Bu barədə DGK-nın məlumatında bildirilir.
Hesabat dövründə gömrük orqanları tərəfindən qaçaqmalçılıqla bağlı 112, aksiz markası olmayan malların idxalı ilə bağlı 1, narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 76 fakt qeydə alınıb. Qalan faktlar cinayət xarakterli digər qanun pozuntularının payına düşüb.
DGK-nın məlumatına əsasən, 2014-cü ilin birinci yarısında 199 nəfər qanun pozuntusuna yol verib.
I yarımillikdə DGK inzibati xarakterli 4 418 qanun pozuntusu faktı aşkarlayıb, o cümlədən gizli daşınma üzrə 112, bəyan edilməmiş məhsulların daşınması üzrə 111, malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin vaxtında çatdırılmaması üzrə 3655 fakt və digər qanun pozuntuları qeydə alınıb.
N.Abbasova