Bakıda Azərbaycanın əməkdar memarı Rasim Əliyevin 80 illik yubileyi qeyd olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Memarın 80 illiyi münasibətilə tədbir 18 iyul tarixində Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Tədbirdə memarın müxtəlif illərdə ərsəyə gətirdiyi memarlıq və rəsm əsərlərinin sərgisi keçiriləcək, onun haqqında çəkilmiş "Memar" filmindən fraqmentlər nümayiş etdiriləcək.
A.Zeydullayeva