Bu gün Bakının Səbail rayon İcra Hakimiyyətində Mətbuat Şurası, KİV-lərin İnkişafına Dəstək Fondu, 60-dan çox elektron və çap kütləvi informasiya vasitəsi nümayəndələrinin iştirakı ilə Milli Mətbuat Gününə həsr olunmuş ənənəvi görüş keçirilib.
Tədbirdə iştirak edən icra başçısı Asif Əsgərov qeyd edib ki, bu il 139 illiyi qeyd edilən Azərbaycan mətbuatı böyük və şərəfli inkişaf yolu keçib. O deyib ki, Azərbaycan mətbuatı mütərəqqi ənənələr formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü öhdəlikləri ləyaqətlə yerinə yetirir.
Qeyd edilib ki, ölkədə plüralizm, söz və mətbuat azadlığına mane olan süni əngəllər aradan qaldırılıb.
F.İsazadə