Bakıda SABAH qruplarına qəbul olmaq istəyən tələbələr üçün müsahibə keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilir.
Müsahibə 3 gün davam edəcək. Müsahibə mərhələsinə 24 ixtisas üzrə 750 tələbə buraxılıb.
SABAH qrupunun tam tərkibi tələbələrin akademik göstəriciləri, test imtahanından topladığı ballar müsahibənin nəticələri təhlil olunduqdan sonra müəyyən ediləcək.
SABAH qruplarına ərizələrin qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb.
A.Zeydullayeva