İsrail Qəzza zolağındakı hücum əməliyyatlarına son qoymaldır. Belə bəyanatla Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas çıxış edib.
“İsrail Qəzza ərazisində yerüstü əməliyyatlara son qoymalıdır. Bu əməliyyatlar yalnız qan tökülməsinə gətirib çıxaracaq və vəziyyəti gərginləşdirəcək, eləcə də İsrail təcavüzünün qarşısını almağa yönəlmiş səyləri heçə endirəcək”, - deyə o, Misirdə bildirib.
Xəbər verildiyi kimi, İsrail cümə axşamı Qəzza zolağında yerüstü əməliyyatlara başlayıb. Hərbi komandanlıqdan 1 israilli hərbçinin həlak olduğu bildirilib.
Cümə günü Fələstin tərəfi məlumat verib ki, İsrailin başladığı hərbi əməliyyatlar nəticəsində artıq 20 Qəzza sakini həlak olub.
Əməliyyatlarda İsrail ordusunun piyada, zirehli tank qoşunları, aviasiya və hərbi donanması iştirak edir.