2014-cü ilin I yarısında Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkətinin 11-i sığorta haqlarını artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.
ASA-nın məlumatına əsasən, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin analoji dövründə 17 sığorta şirkətinin sığorta haqlarının yığımında azalma müşahidə olunub.
Cari ilin birinci yarısında 7 sığortaçının sığorta haqları 10 mln. manatı ötüb, 6 sığorta şirkəti 5 mln. manatdan 10 mln. manatadək, 9 şirkət 1 mln. manatdan 5 mln. manatadək sığorta haqqı toplayıb.
6 sığortaçının sığorta haqları 0,5 mln. manatı ötməyib.
2014-cü ilin birinci yarısı ərzində sığorta haqlarının 53%-i 5 şirkətin - “PAŞA Sığorta”, “Atəşgah Sığorta”, “PAŞA Həyat Sığorta”, “Azərsığorta” və “AzSığorta”nın payına düşüb.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sığorta haqları 212 manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 7,1% çoxdur.
A.Axundov