Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayonunda iki yeni bağça binası inşa olunur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Hər iki uşaq bağçası cari ilin sentyabr ayında qapılarını balacaların üzünə acaçaq.
100 uşaq üçün nəzərdə tutulan ikimərtəbəli bağça binalarının tikintisinə cari ilin may ayında başlanılıb.
Obyektlərin yüksək kefiyyətlə və vaxtında istifadəyə verilməsi üçün tikinti işlərinə çoxlu sayda xüsusi texnika və işçi qüvvəsi cəlb olunub.
Hazırda Samux rayonunda 16 uşaq bağçası və körpələr evi fəaliyyət göstərir.
F.Mehdiyev