2014-cü ilin I yarısında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 867 mln. 550,4 min nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu vasitəsi ilə 1 mln. 206,1 min sərnişin daşınıb ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisinə uyğundur.
2014-cü ilin I yarısında dəniz nəqliyyatı ilə 5,9 min sərnişin (azalma 7,8%), hava nəqliyyatı ilə 784,7 min sərnişin (artım 5,1%), metropolitenlə 108 mln. 254,5 min sərnişin (artım 3,9%) daşınıb.
I yarımillikdə avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 757 mln. 299,2 min nəfər (artım 6%) təşkil edib. Qeyd olunan dövrdə avtobuslarla 728 mln. 948,8 min (artım 6%), taksilərlə 28 mln. 350,4 min sərnişin (artım 7,7%) daşınıb.
N.Abbasova