Prezident İlham Əliyev cümə günü Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakının Türkan qəsəbəsindəki bazasında yeni gəmi inşası zavodunun açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev əvvəlcə zavodun baş planı və maketinə, tikintisi davam etdirilən gəmiyə baxıb.
Sonra prezident zavodda inşa olunan itisürətli və yüksək üzmə qabiliyyətli sərhəd gözətçi gəmilərinin əsas taktiki-texniki göstəricilərini əks etdirən stendlərlə tanış olub, videoçarxa baxıb.
Dövlət başçısı sərhəd gözətçi gəmisinin texniki imkanları ilə tanış olub, onun manevrlərini izləyib.
F.İsazadə