Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinin təhlilini aparacaq. Bu barədə Palatanın məlumatında qeyd edilir.
Analitik tədbir çərçivəsində Palata 2011-2013-cü illərdə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri və müavinətlərlə bağlı dövlət büdcəsindən komitə üçün ayrılan vəsaitlərin məqsədyönlü istifadəsini yoxlayacaq.
Bundan başqa, Hesablama Palatasının kollegiyası Balakən rayon İcra Hakimiyyətində auditin aparılmasını təsdiq edib. Yoxlamanın məqsədi Balakən rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından ayrılan vəsaitlərin məqsədyönlü istifadəsinin təhlilidir.
Bundan başqa, Hesablama Palatası “Mənzil və kommunal təsərrüfatı” bölməsi üçün ayrılan büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinin öyrənilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyətində yoxlamalar aparacaq.
A.Əzizov