Qarabağ münaqişəsi zonasında xarici hərbçilər olmamalıdır. Bu barədə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi bəyan edib.
“İran regionda istənilən xarici qüvvənin yerləşdirilməsinə qarşıdır. Əmin edirəm ki, bu addım bütün regionu təhlükə altına qoyacaq. Biz İraq və Əfqanıstanda bunun şahidi olduq”, - deyə M.Rəisi cümə günü İrəvanda keçirilən mətbuat konfransında bildirib.
O, həmçinin qeyd edib ki, İran Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə tərəfdardır.
“Biz regionda qeyri-sabit vəziyyətin hökm sürməsini istəmirik”, - deyə səfir bəyan edib.