“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin idman kanalının televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il uzadılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib.
Bu qərar MTRŞ-nin bu gün keçirilən növbəti iclasında qəbul edilib.
F.İsazadə