Prezident İlham Əliyev Malayziyanın baş naziri Dato’ Sri Mohd Nacibə başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsinin Ukrayna ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - deyə
İ.Əliyevin başsağlığı məktubunda bildirilir.
Həmin gün dövlət başçısı Niderland Krallığının baş naziri Mark Rütteyə də başsağlığı verib.