Azərbaycan regionda yeganə dövlətdir ki, həm Avropa Birliyindən, həm də Avrasiya İttifaqından müəyyən məsafədə durmaq istəyir, lakin bununla belə Brüssel tərəfindən səsləndirilən tənqidə hiperhəssas olaraq qalmaqdadır. Analitik Georgi Lomsadze belə hesab edir
Bununla yanaşı, müəllif qeyd edir ki, Bakı İsveçin xarici işlər naziri Karl Bildtin Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə dair bu yaxınlarda səsləndirdiyi tənqidə “əsəbi reaksiya” göstərə bilər. “Azərbaycanın nefti və qazına göz dikən hər iki qurum - həm Avropa Birliyi, həm də Avrasiya İttifaqı bu ölkəni öz tərəflərində görmək istərdilər”, - deyə analitikin “Eurasianet” saytında dərc edilmiş məqaləsində bildirilir.
F.Hüseynzadə