BMT-nin baş katibi Pan Gi Mun bəyan edib ki, İraq xristianlarının sıxışdırılmasını bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirmək olar. Bu barədə təşkilatın bəyanatında deyilir.
Pan Gi Mun “İslam dövləti” üzvləri və onlarla əlaqəli silahlı qruplaşmalar tərəfindən İraqın azlıq təşkil edən əhalisinin sistemli sıxışdırılma hallarını ən qəti surətdə pisləyir”, - deyə sənəddə qeyd edilir.
Baş katib vurğulayıb ki, “etnik mənsubiyyəti və ya dini baxışlarına görə mülki əhaliyə və ya onun ayrı-ayrı nümayəndələrinə istənilən sistemli hücumlar bəşəriyyətə qarşı cinayət ola bilər”.
Ötən istirahət günləri Mosul şəhərində xristian icmasının yüzlərlə üzvü evlərini tərk edib. Buna səbəb islamçıların onlara ya islamı qəbul etməyəcəkləri, ya vergi ödəməyəcəkləri, ya da şəhəri tərk etməyəcəkləri halda onlara divan tutacaqları ilə hədələyiblər.