Prezident İlham Əliyev bazar ertəsi Bakının Qaradağ rayonunun ərazisində yerləşən "Norm" sement zavodunun açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Müəssisənin laboratoriyası və idarəetmə mərkəzi ilə tanış olan prezidentə ölkənin sement bazarı və zavod haqqında məlumat verilib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, müəssisə gündə 5 min ton klinker, ildə 2 mln. ton sement istehsalı gücünə malikdir.
Zavodda 350 nəfər işlə təmin olunub.
Dövlət başçısı zavodu işə salandan sonra monitorda istehsal prosesinin gedişinə baxıb.
İ.Əliyev zavodun kollektivi ilə görüşüb.
R.Babayev