İsrailin müdafiə ordusu tunellə Qəzza zolağından İsrailə daxil olmuş 10 döyüşçünü məhv edib. Bu barədə İsrailin “Ediot axronot” qəzeti məlumat verir.
Qəzetin yazdığına görə, fələstinli döyüşçülər İsrail ərazisinə iki qrup şəklində daxil olub. Birinci qrupa havadan zərbə endirilib, ikinci qrupun məhv edilməsi üçün isə hərbçilər göndərilib.