2014-cü ilin I yarısında Azərbaycanda çörək və çörək-bulka məmulatlarının istehsalı 2013-cü ilin analoji dövrü ilə müqayisədə 0,5%-372,8 min tonadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən bildirilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə ərzində ət istehsalı (quş əti də daxil olmaqla) 4,2% - 148,2 min tonadək, süd istehsalı 0,8% - 418,3 min tonadək, qaymaq və xama istehsalı 2% - 2 min 325,6 tonadək, pendir və kəsmik istehsalı 0,6% - 23,7 min tonadək, kərə yağı istehsalı 2,8% - 11,3 min tonadək artıb.
2014-cü ilin birinci yarısında təmizlənmiş duru bitki yağı istehsalı 0,2% - 25 min 599,5 tonadək, marqarin istehsalı 33% - 17 min tonadək, qənd və şəkər tozu istehsalı 14,5% - 227,9 min tonadək artıb.
Hesabat dövründə kolbasa istehsalında 3,3% - 892,4 tonadək, cem və marmelad istehsalında 0,6% - 5 min 42,2 tonadək azalma müşahidə olunub.
A.Axundov