Ötən həftə Azərbaycan polisi axtarışda olan 74 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (14-20 iyul) baş vermiş bədbəxt hadisələr nəticəsində 21 nəfər həlak olub, 6 intihar hadisəsi qeydə alınıb.
Bununla yanaşı, 7 nəfər qətldə, 6 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 25 nəfər oğurluqda, 6 nəfər qarətdə, 6 nəfər avtomobil qaçırmaqda, 5 nəfər dələduzluqda, 2 nəfər saxta pul satmaqda, 3 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 7 fakt qeydə alınıb.
C.Həmidov