Bakı Serbiya, Bosniya və Herseqovinaya humanitar yardımın göstərilməsi məsələsinə baxır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Məlumatda qeyd olunur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) Brüsseldə keçirilmiş beynəlxalq donor konfransında təmsil olunub.
Tədbirdə çıxış edən AIDA-nın rəisi Əşrəf Şıxəliyev baş vermiş təbii fəlakətin region ölkələrinə vurduğu zərəri və beynəlxalq ictimaiyyətin birgə səylərinə ehtiyac duyulduğunu xatırladıb.
Ə.Şıxəliyev vurğulayıb ki, fəlakətdən əziyyət çəkən ölkələr əlavə humanitar yardımın göstərilməsi üçün Azərbaycana müraciət ediblər. Hazırda həmin müraciətlər baxılma mərhələsindədir.
F.İsazadə