2014-cü ilin I yarısında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 6,9% - 3 mlrd. 581,2 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, 2014-cü ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 47%-i sənaye sahəsinə yönəldilib.
Bununla yanaşı, hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 2 mlrd. 946,1 mln. manat (artım 30,1%) təşkil edib.
Yanvar-iyun aylarında emal sənayesinə 210,7 mln. manat (azalma 56,9%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 140,9 mln. manat (artım 16,2%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 283,5 mln. manat (azalma 40,5%) investisiya qoyulub.
Bundan başqa, bu dövrdə nəqliyyat və anbar təsərrüfatı sahəsinə 551,9 mln. manat (azalma 50,8%), rabitə və informasiya sahəsinə 62,6 mln. manat (azalma 12,3%) dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 554,3 mln. manat (artım 0,9%), təhsil sahəsinə 234,6 mln. manat (artım 7,1%) investisiya qoyulub.
2014-cü ilin yanvar-iyun aylarında yaşayış evlərinin tikintisi sahəsinə 457,6 mln. manat (azalma 0,9%) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
A.Axundov