4-5 sentyabr tarixlərində Tiflisdə keçiriləcək “Qiymətli kağızlar və səhmlər” və “İnvestor günləri” adlı konfranslarda Azərbaycan və Gürcüstanda mövcud iqtisadi inkişaf və investisiya imkanları müzakirə olunacaq. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.
Tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycan və Gürcüstanda kapital bazarının inkişafına dəstək olmaq və hər iki ölkədə fəaliyyət göstərən şirkətlərin səhmlərinin satışını stimullaşdırmaqdır.
Tədbirlərin təşkilatçısı “Bank of Georgia”dır.
Konfranslarda qiymətli kağız və səhmlərin satışını həyata keçirən şirkət və təşkilat nümayəndələri, o cümlədən potensial alıcı və investorlar iştirak edəcəklər.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
A.Axundov