Avropa Şurasının Nazirlər Komitəsinin sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şərqi Ukraynada qəzaya uğramış Malayziya avialayneri ilə bağlı bəyanat verib.
“Mən Malayziya avialaynerinin Şərqi Ukraynada qəzaya uğraması ilə bağlı xəbərdən şoka düşdüm. Avropa Şurası Nazirlər Komitəsi adından ölən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verirəm”,- deyə Avropa Şurasının saytında E.Məmmədyarova istinadən bildirilir.
“Məsələyə aidiyyəti olan bütün qurumları həlak olanların xatirəsinə və onların ailə üzvlərinə hörmət etməyə, cəsədlərin təhvil verilməsi prosesini sürətləndirməyə çağırıram. Mən bu faciənin baş vermə səbəblərinin təcili, diqqətlə, müstəqil və şəffaf şəkildə araşdırılmasına dair çağırışlara qoşuluram”,- deyə E.Məmmədyarovun bəyanatında deyilir.
F.İsazadə