Prezident İlham Əliyev çərşənbə axşamı Xızı rayonuna səfəri çərçivəsində Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən abadlıq və quruculuq işləri barədə dövlət başçısına məlumat verib. O, xüsusilə qeyd edib ki, rayon sakinlərinin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün 3,6 hektar ərazidə salınmış parkda ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır.
İ.Əliyevə Xızı şəhərinin mərkəzi hissəsinin yenidən qurulması layihəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihədə nəzərdə tutulan “Xızı Grand Hotel” ən yüksək standartlar səviyyəsində inşa olunacaq.
F.İsazadə