Prezident İlham Əliyev Xızı rayonunda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentə bildirilib ki, Mərkəzin tikintisinə 2013-cü ilin aprelində başlanıb. Mərkəzdə elektron kitabxana, kulinariya, xalq sənətkarlığı emalatxanası, musiqi və heykəltəraşlıq dərnəkləri fəaliyyət göstərəcək.
Həmin gün İ.Əliyev Xızı Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə də tanış olub.
F.İsazadə