Prezident İlham Əliyev Xızıya səfəri çərçivəsində Cəfər Cabbarlı parkında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev görkəmli dramaturqun abidəsi önünə gül dəstəsi qoyub. Prezidentə parkda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, ümumi sahəsi 5,8 hektar olan parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Dövlət başçısı inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, yeni massiv müxtəlif illərdə təbii fəlakətlər zamanı evləri dağılmış insanlar üçün nəzərdə tutulub.
İkimərtəbəli evlərdə hər cür şərait yaradılıb. Dördotaqlı evlərin hər birinin yeddi sot həyətyanı torpaq sahəsi var.
F.İsazadə